
Dünyanın tanınmış natiqi Nik Vuyçiçin (Nick Vujicic) “Hüdudsuz həyat” adlı kitabı ilk dəfə Azərbaycan dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, N.Vuyçiçin bu kitabı , çətinlikləri aşmaq, özünə inam və xoşbəxtlik haqqındadır. Nik fiziki problemləri və daxili təlatümləri haqda çəkinmədən danışır, fiziki durumu ilə barışmağın nə qədər çətin olduğunu, hətta intihar etmək istədiyi anlardan bəhs edir.
Tanınmış natiqi problemlərinin maneələrdən deyil, qarşıya böyük məqsədlər qoyub, sonra onlara doğru can atmamaqdan doğduğunu anlamaq üçün xeyli şeylər yaşamalı olur. O, sözün həqiqi mənasında əlsiz-ayaqsız şəkildə həyat pillələrini qalxmağı öyrənib. Nik bu kitabda ona yardımçı olmuş həyat qaydalarından bəhs edib və onları oxucularla bölüşüb.